CNN: ABŞ G20-nin yekun bəyannaməsini öz maraqlarına uyğunlaşdırmağa çalışır

CNN: ABŞ G20-nin yekun bəyannaməsini öz maraqlarına uyğunlaşdırmağa çalışır Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ ticarət və iqlim dəyişikliyi məsələləri də daxil olmaqla Vaşinqtonun bir sıra əsas beynəlxalq mövzular üzrə maraq və möqeyinə uyğun olan bütün formulların Buenos-Ayresdə keçirilən G20 liderləri sammitinin yekun bəyannaməsinə daxil edilməsinə çalışır.
Digər ölkələr
1 Dekabr , 2018 05:33

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ ticarət və iqlim dəyişikliyi məsələləri də daxil olmaqla Vaşinqtonun bir sıra əsas beynəlxalq mövzular üzrə maraq və möqeyinə uyğun olan bütün formulların Buenos-Ayresdə keçirilən G20 liderləri sammitinin yekun bəyannaməsinə daxil edilməsinə çalışır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü məlumatlı mənbəyə istinadən CNN teleşirkəti xəbər verib.

Bildirilir ki, bu məsələdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton sərt mövqe tutur.

Mənbə iddia edir ki, Boltonun bəyanatına görə, sammit iştirakçıları ya yekun bəyannaməyə Vaşinqtonun təkid etdiyi formulu daxil etməlidir, ya da ABŞ sənədə əsla qoşulmayacaq.

CNN-in məlumatına görə, Bolton xüsusilə bəyannamənin mətnində Vaşinqtonun çıxdığı Paris İqlim Sazişinin xatırlanmamasını, həmçinin istixana qaz tullantıları və iqlim dəyişkənliyi arasında əlaqənin olmasının qeyd edilməməsini istəyir.

Prezident köməkçisi həmçinin azad ticarətin sənəddə yalnız vicdanlı və ədalətli ticarət əlaqələri kontekstində qeyd olunmasına, beynəlxalq ticarət təşkilatlarının dəstəyinin isə ümumiyyətlə xatırlanmamasına israr edir.

Son xəbərlər

Orphus sistemi