ABŞ-da bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alınıb

ABŞ-da bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alınıb ABŞ-da koronavirusun səbəb olduğu xəstəlikdən ölümlərin sayı ilk dəfə gün ərzində 500-ü ötüb.
Digər ölkələr
31 Mart , 2020 04:03
ABŞ-da bir gündə koronavirusdan rekord sayda ölüm qeydə alınıb

ABŞ-da koronavirusun səbəb olduğu xəstəlikdən ölümlərin sayı ilk dəfə gün ərzində 500-ü ötüb.

"Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan CNN teleşirkəti bildirib.

Teleşirkətin hesablamalarına görə, ABŞ-da təkcə bazar ertəsi koronavirusdan 502 ölüm qeydə alınıb. Bu ölkə üzrə bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir. CNN bildirib ki, ABŞ-da ölüm hallarının ümumi sayı 2 931 nəfərə qədər artıb.

Ölkədə həmçinin federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirusa 160 mindən çox yoluxma aşkarlanıb, 2 978 insan ölüb. Ölkədə 5 644 xəstə sağalıb.

Son xəbərlər

Orphus sistemi