Çinli milyarder edam olunub

Çinli milyarder edam olunub Lü Xan Çinin 500 ən varlı vətəndaşı siyahısına daxil idi
Digər ölkələr
9 Fevral , 2015 09:52
Çinli milyarder edam olunub

Bakı. 9 fevral. REPORT.AZ/ Çinin dağ-mədən hasilatı üzrə maqnatı Lü Xan bir neçə qətldə ittiham olunaraq, edam edilib.

"Report" "South China Morning Post"a istinadən xəbər verir ki, onunla birlikdə qardaşı Lü Vey və əlbir olduqları daha 3 nəfər də məhkəmənin hökmü ilə güllələnib.

Lü Xan 13 maddə, o cümlədən qanunsuz qumarxana təşkil etməkdə, mütəşəkkil cinayətkar dəstə saxlamaqda, qanunsuz silah alveri ilə məşqul olmaqda da ittiham edilib.

O,1997-ci ildə "Hanlong Group" şirkətini yaradıb. Bu şirkət Sıçuan əyələtində ən iri özəl müəssisədir.

Şirkət daşınmaz əmlakdan tutmuş, energetika da daxil olmaqla çeşidli sahələrlə məşğul olub.

Lü Xan Çinin 500 ən varlı vətəndaşı siyahısına daxil idi.

Son xəbərlər

Orphus sistemi