​Çinlə Hindistan ərazi məsələsində mövcud vəziyyəti saxlamağa üstünlük verib

​Çinlə Hindistan ərazi məsələsində mövcud vəziyyəti saxlamağa üstünlük verib 1962-ci ilin payızında mübahisə müharibə ilə nəticələnib
Digər ölkələr
15 May , 2015 12:01
​Çinlə Hindistan ərazi məsələsində mövcud vəziyyəti saxlamağa üstünlük verib

Bakı. 15 may. REPORT.AZ/ Hindistan və Çinin mübahisəli sərhəd məsələsinin həlli ilə bağlı "rasional və qəbuledilən" qərarı hər iki dövlətin sərhədyanı rayonlarında barış və sabitliyin dəstəklənməsinə yardım edəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Çində səfərdə olan Hindistanın baş naziri Narendra Modi bildirib.

Qeyd edək ki, Kəşmirin şimalındakı dağlıq ərazi, eləcə də Hindistanın Arunaçal-Pradeş əyalətinin şimal - şərqi Çinlə Hindistan arasında mübahisəli ərazi sayılır. 1962-ci ilin payızında mübahisə ilə nəticələnən müharibəni Çin tərəfi qazanmışdı. Bununla belə indiyə kimi iki ölkə arasında mübahisəli ərazi məsələsi həll edilməyib.

Xatırladaq ki, Hindistanın baş naziri Narendra Modi mayın 14-də Çinə rəsmi səfər edib. Tərəflər arasında 24 sənəd imzalanıb. 

Son xəbərlər

Orphus sistemi