Çinin XİN başçısı: “Koreya yarımadasında müharibəyə kim başlasa tarixi məsuliyyət onun üzərinə düşəcək”

Çinin XİN başçısı: “Koreya yarımadasında müharibəyə kim başlasa tarixi məsuliyyət onun üzərinə düşəcək” Van İ: “Əsas məsələ danışığa başlamaqdır, bunun rəsmi, qeyri-rəsmi, ikitərəfli, üçtərəfli, dördtərəfli olması isə vacib deyil”
Digər ölkələr
14 Aprel , 2017 17:31
Çinin XİN başçısı: “Koreya yarımadasında müharibəyə kim başlasa tarixi məsuliyyət onun üzərinə düşəcək”

Bakı. 14 aprel. REPORT.AZ/ “Koreya yarımadasında yenidən müharibəni kim başlasa bütün tarixi məsuliyyət də onun üzərinə düşəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ fransalı həmkarı Jan-Mark Eyro ilə keçirdiyi görüşün yekununa həsr olunan birgə mətbuat konfransında bildirib.

“Son zamanlar ABŞ, Cənubi Koreya və Şimali Koreya arasında ziddiyyət kəskinləşib. Bu, bizim davamlı diqqətimizi tələb edən təhlükəli vəziyyətdir. Vəziyyəti partlayış həddinə gətirməyə ehtiyac yoxdur. Əsas məsələ danışıqlara başlamaqdır. Bunun rəsmi, qeyri-rəsmi, ikitərəfli, üçtərəfli, dördtərəfli olması vacib deyil”, - deyə XİN başçısı vurğulayıb.

Qeyd edək ki, bu günlərdə Çin hökumətinin Cənubi Koreyada səfərdə olan Koreya yarımadası üzrə xüsusi nümayəndəsi U Davey bildirib ki, növbəti dəfə nüvə sınağı keçirsə, o zaman ölkəsi Şimali Koreyaya qarşı sanksiya tətbiq edəcək.

Xatırladaq ki, indiyədək Şimali Koreya 5 dəfə nüvə sınağı (2006, 2009, 2013, 2016-cı ilin yanvar və sentyabr aylarında) həyata keçirib.

ABŞ "Döyüş baltası" tipli qanadlı raketlərlə təchiz edilmiş iki hərb gəmisini hazır vəziyyətə gətirib. Döyüş gəmilərindən biri KXDR-in nüvə sınaqları meydançasından azı 500 kilometr aralıda yerləşir.

Bundan başqa, ABŞ HHQ-nin ağır bombardmançı təyyarələri Guam adasında da yerləşdirilib. Təyyarələrin zərurət olduqda hücum etməyə hazır olduğu açıqlanıb. 

Eyni zamanda, Şimali Koreya da xəbərdarlıq edib ki, əgər ABŞ tərəfindən hücum qeydə alınsa, bu ölkəyə nüvə silahı ilə zərbə endirəcək.  

Son xəbərlər

Orphus sistemi