Çinin ÜDM artımı azalır

Çinin ÜDM artımı azalır Çinin Milli Statistika Mərkəzi 2015-ci ilin göstəricilərini açıqlayıb
Digər ölkələr
19 Yanvar , 2016 06:28
Çinin ÜDM artımı azalır

Bakı. 19 yanvar. REPORT.AZ/ Çin iqtisadiyyatının artım proqnozunu 2015-ci ildə 7,3 faizdən 6,9 faizədək azalıb. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu göstəricini Çinin Milli Statistika Mərkəzi açıqlayıb.

İlkin proqnozlara görə, ölkənin ümumi daxili məhsulu ötən il ərzində 10.3 trilyon ABŞ dolları təşkil edib ki, bu da 2014-cu ilin müvafiq göstəricinə görə 6.9 faiz çoxdur.

Belə ki, ölkənin iqtisadi artım sürəti birinci rübdə 7,0 faiz, ikinci rübdə 7.0 faiz, üçüncü rübdə 6.9 faiz, dördüncü rübdə isə 6.8 faiz təşkil edib.

Son xəbərlər

Orphus sistemi