Bakı. 16 Avqust. REPORT.AZ/ Çinin Tyantszin liman şəhərinin sənaye zonasında baş verən partlayış nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.
"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 700-dən çox insan xəsarət alıb.
Hazırda 95 nəfər itkin düşmüş hesab olunur ki, onların da 85 nəfəri yanğınsöndürəndir.
Ölənlərin sayının əhəmiyyətli dərəcədə artma təhlükəsi var.