​Çinin Tyanszin əyalətində baş verən partlayış qurbanlarının xatirəsinə abidə ucaldılacaq

​Çinin Tyanszin əyalətində baş verən partlayış qurbanlarının xatirəsinə abidə ucaldılacaq Abidə ətrafında 24 hektar ərazidə park sahəsinin salınmasına qərar verilib
Digər ölkələr
5 Sentyabr , 2015 11:39
​Çinin Tyanszin əyalətində baş verən partlayış qurbanlarının xatirəsinə abidə ucaldılacaq

Bakı. 5 sentyabr. REPORT.AZ/ Çinin şimalındakı Tyanszin əyalətində baş verən və ən azı 160 nəfərin həyatına son qoyan partlayış qurbanlarının xatirəsinə faciə yerində abidə ucaldılacaq. Bu barədə "Report" TASS agentliyinə istinadən xəbər verir.

Avqustun 12-də təhlükəli kimyəvi vasitələr saxlanılan anbarın partladığı "Binhay" limanətrafı zonanın səlahiyyətliləri bildiriblər ki, abidənin ətrafında 24 hektar ərazidə park salınmasına qərar verilib. Şəhər rəhbərliyi, həmçinin partlayış nəticəsində evləri dağılan sakinlərə 5 mindən artıq yeni mənzillərin verilməsini də planlaşdırır.

Ölənlər arasında partlayış nəticəsində baş verən yanğınla mübarizə aparan 96 yanğınsöndürən və 11 polis əməkdaşı da olub. 13 nəfər hələ də itkin düşmüş hesab olunur. Faciə nəticəsində 800 nəfərə yaxın insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi