Çində əlverişsiz hava şəraiti nəqliyyatın fəaliyyətində problemlər yaradıb

Çində əlverişsiz hava şəraiti nəqliyyatın fəaliyyətində problemlər yaradıb Çinin şimalında yağan güclü qar nəqliyyatda ciddi problemlər yaradıb.
Digər ölkələr
11 Dekabr , 2023 12:05
Çində əlverişsiz hava şəraiti nəqliyyatın fəaliyyətində problemlər yaradıb

Çinin şimalında yağan güclü qar nəqliyyatda ciddi problemlər yaradıb.

"Report" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edilib ki, 12 əyalətdə güclü qar səbəbindən 95 magistral yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Şansi əyalətində qatarların hərəkəti qismən dayandırılıb. Bəzi əyalətlərdə aeroportlar müvəqqəti bağlanıb, üç şəhərdə dərslər ləğv edilib.

Məlumata görə, bu gün hava şəraiti ilə əlaqədar Pekin aeroportunda 59 reys təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi