Yuxarı

Çinin şimal-qərbində 5,6 bal gücündə zəlzələ baş verib

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib

Bakı. 14 yanvar. REPORT.AZ/ Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur muxtar rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Kuça şəhərindən 120 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi