​Çinin şərqində kimya zavodunda partlayış baş verib

​Çinin şərqində kimya zavodunda partlayış baş verib Hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb
Digər ölkələr
23 Avqust , 2015 09:22
​Çinin şərqində kimya zavodunda partlayış baş verib

Bakı. 23 Avqust. REPORT.AZ/ Çinin Şandun əyalətində yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "I Cross China" nəşri məlumat yayıb.

Partlayış Szıbo şəhəri yaxınlığındakı fabrikdə mexanizmlərdən birinin yanmasından sonra baş verib.

Mütəxəssislərin sözlərinə görə, partlayışdan sonra yerin və ya havanın çirklənməsi qeydə alınmayıb. Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi