Çinin Rusiya ilə sərhədində yaşayan ailələrə 3 uşaq dünyaya gətirməyə icazə verilib

Çinin Rusiya ilə sərhədində yaşayan ailələrə 3 uşaq dünyaya gətirməyə icazə verilib Bu kateqoriyaya oroçon, zvek, elos və başqa milli azlıqlar da daxil idi
Digər ölkələr
22 Aprel , 2016 15:48
Çinin Rusiya ilə sərhədində yaşayan ailələrə 3 uşaq dünyaya gətirməyə icazə verilib

Bakı. 22 aprel. REPORT.AZ/ Çinin şimal-şərqində Rusiya ilə sərhəddə yerləşən Xeyluntsyan əyalətinin sakinlərinə ailədə 3-dək uşağın olmasına icazə verilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı qərar əyalətin Xalq Nümayəndələri Şurasında qəbul edilib.

Əvvəllər Xeyluntsyan əyalətində Honkonq, Makao və Tayvan pasportu olan mühacir ailələr üç uşaqlı ola bilərdi. Bu kateqoriyaya oroçon, zvek, elos və başqa milli azlıqlar da daxil idi.

Qedy edək ki, 2015-ci ilədək ölkə üzrə "bir ailə - bir körpə" qaydası qüvvədə olub. Hazırda Çində ailənin ikiuşaqlı olmasına icazə verilib.

Son xəbərlər

Orphus sistemi