Yuxarı

Çinin paytaxtı və daha 21 şəhərdə ekoloji həyəcanın qırmızı səviyyəsi elan edilib

Bütün təhsil müəssisələri müvəqqəti bağlanacaq, sürücələrin avtomobil idarə etməsinə qadağa qoyulacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Çinin paytaxtı Pekin və daha 21 şəhərdə ekoloji həyəcanın qırmızı səviyyəsi elan edilib.

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, xəbərdarlıqla əlaqədar bütün təhsil müəssisələri müvəqqəti bağlanacaq, sürücələrin avtomobil idarə etməsinə qadağa qoyulacaq, yerli sakinlərə evlərindən bayıra çıxmamaq tövsiyə olunacaq. 

"Sinxua" agentliyi "Twitter" səhifəsində Pekin üzərindəki səmanın dekabrın 16-da çəkilən bir neçə fotosunu dərc edib. Həmin fotolarda şəhərdə ekoloji vəziyyətin intensiv şəkildə pisləşməsi əks olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi