Çinin Pakistandakı konsulluğuna hücumda şübhəli bilinən şəxslər saxlanılıb

Çinin Pakistandakı konsulluğuna hücumda şübhəli bilinən şəxslər saxlanılıb Bakı. 24 noyabr. REPORT.AZ/ Çinin Pakistanın Kəraçi şəhərindəki Baş Konsulluğuna hücumla bağlı iki nəfər saxlanılıb.
Digər ölkələr
24 Noyabr , 2018 11:04
Çinin Pakistandakı konsulluğuna hücumda şübhəli bilinən şəxslər saxlanılıb
Reuters

Bakı. 24 noyabr. REPORT.AZ/ Çinin Pakistanın Kəraçi şəhərindəki Baş Konsulluğuna hücumla bağlı iki nəfər saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, onların hadisədən əvvəl hücumu törədənlərlə əlaqə saxladıqları güman edilir. 

Hücumun “Bəlucistan Qurtuluş Ordusu” separatçı qruplaşmasının hazırda Nyu Delhidə müalicə olunan başçısı tərəfindən təşkil olunduğu bildirilir.

Xatırladaq ki, ötən gün konsulluq binasının qarşısına gələn üç nəfər binanı gülləbaran edərək əl qumbarası atıblar. Hücum edənlərin hər üçü ilə yanaşı, atışma zamanı iki polis, həmçinin viza üçen konsulluğa gələn iki nəfər də ölüb. Hadisənin məsuliyyətini “Bəlucistan Qurtuluş Ordusu” öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi