Bakı. 13 avqust. REPORT.AZ/ Çinin mərkəzi hissəsində yerləşən Tsinhay vilayətində 4,6 maqnituda gücündə zəlzələ baş verib.
"Report" RİA "Novosti"yə istinadən məlumat verir ki, yeraltı təkanlar yerli vaxtla 16:29-da Haybey-Tibet Muxtar Dairəsinin Menyuan-Huy qəzasında olub. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Hələlik ölən, yaralanan və ya dağıntılar barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, bundan əvvəl şənbə gününə keçən gecə Çinin Sintzyan-Uyğur Muxtar Respublikası (SUMR) ilə Qırğızıstan sərhədində 4,7 maqnituda gücündə zəlzələ qeydə alınıb.