Yuxarı

​Çinin kommunist lideri dinlə bağlı gözlənilməz açıqlama verib

Si Tszinpin: Hər bir cəmiyyətin və ölkənin irəliləməsi üçün dinə ehtiyacı var

Bakı. 22 may. REPORT.AZ/ "Biz dinin sosialist cəmiyyətimizin içində olması üçün tədbirlər görməliyik".

"Report" xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Tszinpin bəyan edib.

Onun sözlərinə görə, ölkədə bütün dinlər xarici təsirlərdən asılı olmayaraq, azad olmalıdır. O, bunu qarşılığında bütün dini icmalardan Çinə sədaqət nümayiş etdirmələrini istəyib: "Hər bir cəmiyyətin və ölkənin irəliləməsi üçün dinə ehtiyacı var. Çin də bunlardan biridir".

Qeyd edək ki, Çində ateist ideologiya hakimdir. Ölkədə bütün dini ayinlərin icrasına qadağalar qoyulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi