Çinin hərbi gəmiləri Yaponiya ilə mübahisəli zonaya daxil olublar

Çinin hərbi gəmiləri Yaponiya ilə mübahisəli zonaya daxil olublar Yaponiya Çindən bu ölkəyə aid ərazi sularına yaxınlaşmamağı tələb edib
Digər ölkələr
8 Sentyabr , 2016 07:17
Çinin hərbi gəmiləri Yaponiya ilə mübahisəli zonaya daxil olublar

Bakı. 8 sentyabr. REPORT.AZ/ Çinin sahil mühafizəsinin 3 gəmisi bu ölkənin Yaponiya ilə mübahisəki olan Senkaku adaları sahillərinə daxil olublar.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiyanın Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, bu, Yaponiyanın kəskin mənfi reaksiyası ilə qarşılanıb. Təhlükəsizlik Xidməti Çin gəmilərindən bu ölkəyə aid dəniz zonasını tərk etməyi və ərazi sularına yaxınlaşmamağı təkidlə tələb edib.

Analoji hadisə avqustun əvvəlində də baş verib. Çinin iki patrul və altı balıqçı gəmisi həmin zonaya daxil olub. Bu isə Yaponiyanın kəskin reaksiyası ilə qarşılanıb.

Belə ki, Çinin Yaponiyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və burada ona qəti etiraz ifadə edilib.

Son xəbərlər

Orphus sistemi