Çində 20 min sərnişin duman səbəbindən hava limanında qalıb

Çində 20 min sərnişin duman səbəbindən hava limanında qalıb "Şuanlyu" aeroportunda 49 aviareys təxirə salınıb
Digər ölkələr
4 Dekabr , 2016 11:40
Çində 20 min sərnişin duman səbəbindən hava limanında qalıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində çoxlu sayda aviareyslərin ləğvinə və gecikməsinə gətirib çıxaran güclü duman səbəbindən 20 mindən çox sərnişin Çendu şəhər aeroportunda qalıb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, "Şuanlyu" Beynəlxalq Hava Limanında bazar günü günorta saatlarınadək 49 aviareys təxirə salınıb.

Aeroportun uçma-enmə zolağı 10 saatdan çox bağlı qalıb və Bakı vaxtı ilə 07:43 radələrində məhdud fəaliyyətə başlayıb. Şənbə günü isə burada 32 reys təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi