Bakı. 19 iyun. REPORT.AZ/ Çin Xalq Respublikasının sədri Si Cinpin Pekin şəhərində Şimali Koreyanın dövlət başçısı Kim Çen Inla görüşüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Çinin dövlət televiziyası məlumat yayıb.
Görüşün detalları açıqlanmır.
Əvvəl isə görüşdə 12 iyunda baş tutmuş ABŞ-KXDR sammitinin müzakirə olunacağı bildirilmişdi.