Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyyə edilib

Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyyə edilib Bakı. 14 iyul. REPORT.AZ/ Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyyə edilib. Sinxua agentliyinin yaydığı məlumata görə, Yantszı və Tszyalintszyan çaylarında suyun səviyyəsi çox yüksək həddə çatıb. Bir neçə gündür davam edən leysanlar səbəbindən çaylarda suyun səviyyəsinin artması regionda 2012-ci ildən bəri ən güclü daşqına gətirib çıxarıb.
Digər ölkələr
14 İyul , 2018 21:28
Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyyə edilib

Bakı. 14 iyul. REPORT.AZ/ Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyyə edilib. Sinxua agentliyinin yaydığı məlumata görə, Yantszı və Tszyalintszyan çaylarında suyun səviyyəsi çox yüksək həddə çatıb. Bir neçə gündür davam edən leysanlar səbəbindən çaylarda suyun səviyyəsinin artması regionda 2012-ci ildən bəri ən güclü daşqına gətirib çıxarıb.

"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, hökumət orqanları suyun səviyyəsini aşağı salmaq və daşqından dəyən zərəri azaltmaq məqsədilə bənd işinin təcili rejimə keçməsi barədə göstəriş verib.

Çuntsinlə yanaşı, Sıçuan əyaləti, eləcə də şimal-qərb əyaləti Qansu güclü yağışlara məruz qalıb. Zərər çəkmiş bölgələrə xilasetmə işlərini yerindəcə əlaqələndirmək məqsədilə xüsusi qruplar göndərilib. Təbii fəlakət kənd təsərrüfatına böyük ziyan vurub.

Sıçuan əyalətinin inzibati mərkəzi Çendu şəhərində arası kəsilməyən yağışlar səbəbindən təyyarə reysləri dayandırılıb.

Son xəbərlər

Orphus sistemi