​Çinin cənubunda "Nida" qasırğası səbəbindən 7 min nəfər təxliyə olunub

​Çinin cənubunda "Nida" qasırğası səbəbindən 7 min nəfər təxliyə olunub Təbii fəlakət zamanı əyalətə 17,94 milyon yuan iqtisadi ziyan dəyib
Digər ölkələr
5 Avqust , 2016 06:56
​Çinin cənubunda Nida qasırğası səbəbindən 7 min nəfər təxliyə olunub

Bakı. 5 avqust. REPORT.AZ/ Çin hakimiyyəti ölkənin cənubunda "Nida" qasırğası səbəbindən Quyçjou əyalətindən 7 min nəfəri təxliyə edib

"Report"un məlumatına görə, bu barədə "Jenmin jibao" qəzetinin elektron versiyası xəbər yayıb.

Qəzetin məlumatına görə, güclü yağışlar Quyçjou əyalətində çərşənbə günündən davam edir. Bu müddətdə ayrı-ayrı rayonlarında daha 240 mm yağıntı düşüb. Təxminən 400 yaşayış evi sıradan çıxıb.

Habelə 1,2 min hektar kənd təsərrüfatı sahəsinə ciddi ziyan dəyib.

Əyalətin hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət zamanı dəyən iqtisadi ziyanın miqdarı 17,94 milyon yuandır (təxminən 2,7 milyon dollar)

Son xəbərlər

Orphus sistemi