Yuxarı
    Bağlamaq

    Çinin büdcə gəlirləri 2016-cı ildə 4,5 faiz artıb

    Ölkənin büdcə xərcləri isə 6,4 faiz çoxalıb

    Bakı. 24 yanvar. REPORT.AZ/ 2016-cı ildə Çinin büdcə gəlirləri 4,5 faiz artaraq 2,33 trilyon dollara çatıb.

    "Report" xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumatında bildirilir.

    Ötən il Çinin büdcə xərcləri 2015-ci il ilə müqayisədə 6,4 faiz artaraq 2,73 trln. dollara çatıb.

    Qeyd olunur ki, 2016-cı ildə büdcə kəsiri 421,6 mlrd. dollar təşkil edərək, proqnozlaşdırılan göstəricini 318 mlrd. dollar üstələyib, həmçinin 2015-ci ilin büdcə kəsiri səviyyəsini ötüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi