Çinin 25 vilayətində yüksək səviyyəli fövqəladə vəziyyət elan edilib

Çinin 25 vilayətində yüksək səviyyəli fövqəladə vəziyyət elan edilib Çinin əhalisi 1,2 milyard nəfərdən çox olan 25 vilayətində, mərkəzi tabeli şəhərlərində və xüsusi inzibati bölgələrində əhalinin sağlamlığı ilə əlaqədar fövqəladə hala reaksiyanın ən yüksək səviyyəsi elan edilib.
Digər ölkələr
25 Yanvar , 2020 13:58
Çinin 25 vilayətində yüksək səviyyəli fövqəladə vəziyyət elan edilib

Çinin əhalisi 1,2 milyard nəfərdən çox olan 25 vilayətində, mərkəzi tabeli şəhərlərində və xüsusi inzibati bölgələrində əhalinin sağlamlığı ilə əlaqədar fövqəladə hala reaksiyanın ən yüksək səviyyəsi elan edilib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Bir qayda olaraq, belə reaksiya səviyyəsi əhalinin sağlamlığıyla əlaqəli xüsusilə böyük fövqəladə hallar zamanı elan edilir və yerli hökumətin Çinin Dövlət Şurasının və mərkəzləşdirilmiş qərargahın planına uyğun olaraq hərəkət etməsini nəzərdə tutur.

Qeyd edək ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa (2019-nCoV) yoluxanların sayı 1330, ölənlərin sayı isə 41 nəfərə çatıb. 

Son xəbərlər

Orphus sistemi