Çinə məxsus sərnişin təyyarəsi Filippində sərt eniş edib

Çinə məxsus sərnişin təyyarəsi Filippində sərt eniş edib Təyyarə uçuş-eniş zolağından kənara çıxıb
Digər ölkələr
16 Avqust , 2018 22:24
Çinə məxsus sərnişin təyyarəsi Filippində sərt eniş edib

Bakı. 16 avqust. REPORT.AZ/ Çinin Syamın şəhərindən uçan "XiamenAir" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi Filippinin paytaxtı Manilaya sərt eniş edib.

“Report” "Airlive" portalına istinadən xəbər verir ki, təyyarə birinci dəfədən eniş edə bilməyib.

İkinci cəhd zamanı eniş baş tutub, lakin o, uçuş-eniş zolağından kənara çıxıb.

Nəşrin məlumatına görə, sərt enişə səbəb mühərrikin işində nasazlıq ola bilər.

Son xəbərlər

Orphus sistemi