Çindən kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb

Çindən kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb Çinin hüdudlarından kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb.
Digər ölkələr
541
2 Fevral , 2020 08:05
Çindən kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb

Çinin hüdudlarından kənarda koronavirusdan ilk ölüm hadisəsi Filippində qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Filippindəki filialının “Twitter” səhifəsində yerləşdirilib.

Qeyd olunub ki, Uhan şəhərindən olan 44 yaşlı kişi 1 fevral tarixində vəfat edib.

Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 14 min 380, bu virus səbəbindən ölənlərin sayı isə 304 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi