Çindən kənarda koronavirusa yoluxanların sayı 12 min nəfəri ötdü

Çindən kənarda koronavirusa yoluxanların sayı 12 min nəfəri ötdü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son gün ərzində Çindən kənarda koronavirusa 2 000-dən çox yeni yoluxma hadisəsini qeydə alıb.
Digər ölkələr
201
5 Mart , 2020 02:06
Çindən kənarda koronavirusa yoluxanların sayı 12 min nəfəri ötdü

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son gün ərzində Çindən kənarda koronavirusa 2 000-dən çox yeni yoluxma hadisəsini qeydə alıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın saytında yayılmış rəsmi məlumatda bildirilir.

Qeyd edilir ki, son gün ərzində Çindən kənarda koronavirusa yoluxanların ümumi sayı 12 min nəfəri ötüb.

Təşkilatın rəsmi məlumatına görə, Çindən kənarda koronavirusa yoluxanların ümumi sayı 76 ölkədə 12 668 nəfərə çatıb. Son 24 saat ərzində virusa 2 103 yeni yoluxma qeydə alınıb. Ayrı-ayrı ölkələrdə virusdan 214 nəfər ölüb.

Virus daha 4 ölkədə yayılıb. Bunlar Argentina, Çili, Polşa və Ukraynadır.

Təşkilatın son məlumatına görə, Çində koronavirusa yoluxanların sayı 80 422 nəfərdir. Virus 2 984 nəfərin həyatına son qoyub. Onlardan 38-i son gün ərzində ölüb. Dünyada bu virusa yoluxanların ümumi sayı 93 090 nəfərdir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi