Çindən Fransaya gələn 20 nəfərdə koronavirus əlamətləri aşkarlanıb

Çindən Fransaya gələn 20 nəfərdə koronavirus əlamətləri aşkarlanıb Koronavirusun geniş yayıldığı Çindən Fransaya gəlmiş təxminən 20 sərnişində xəstəliyin əlamətlərinə görə həkim nəzarəti altına alınıb.
Digər ölkələr
3 Fevral , 2020 03:20
Çindən Fransaya gələn 20 nəfərdə koronavirus əlamətləri aşkarlanıb

Koronavirusun geniş yayıldığı Çindən Fransaya gəlmiş təxminən 20 sərnişində xəstəliyin əlamətlərinə görə həkim nəzarəti altına alınıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri Anyes Buzen bildirib.

Nazir qeyd edib ki, təyyarədə ümumilikdə 264 sərnişin olub, onların 64-ü fransızdır. Bütün fransız ailələri uşaqları ilə birlikdə Karri-le-Rue kommunasında yerləşən kurort mərkəzinə çatdırılıb.

Daha əvvəl bildirilib ki, Çin Uxanından təxliyə edilmişlə ikinci fransız təyyarəsi Fransanın cənubunda İstr şəhərinin aeroportunda yerə enib. Hava maşınında ölkənin 30 vətəndaşı olub. Uxandan birinci reys İstr şəhərinin aeroportunda cümə günü yerə enib. Bütün sərnişinlər iki həftə müddətində karantin nəzarətində olacaqlar.

Son xəbərlər

Orphus sistemi