Çində zəlzələ zamanı ölən və xəsarət alanların sayı artıb

Çində zəlzələ zamanı ölən və xəsarət alanların sayı artıb Çinin cənub-qərbindəki Sıçuan əyalətində zəlzələ baş verib.
Digər ölkələr
234
16 Sentyabr , 2021 06:50
Çində zəlzələ zamanı ölən və xəsarət alanların sayı artıb

Çinin cənub-qərbindəki Sıçuan əyalətində baş verən zəlzələ qurbanlarının sayı artıb.

"Report" xəbər verir ki, bu barədə "Sina"portalı məlumat yayıb.

Məlumata görə, zəlzələ zamanı həlak olanların sayı 3 nəfərə çatıb. Təbii hadisə zamanı azı, 60 nəfər xəsarət alıb. Agentlik bildirib ki, xəsarət alanlardan azı 3-nün vəziyyəti ağırdır. Demək olar, 7 min insan ərazidən təxliyə edilib.

Ölkənin Seysmologiya Mərkəzi bildirib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:33-də (Bakı vaxtı ilə saat 00:33-də) Luçjou şəhərində qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.

04:26

Çinin cənub-qərbindəki Sıçuan əyalətində zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən CGTN telekanalı bildirib.

Qeyd edilir ki, zəlzələ nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər xəsarət alıb. Zəlzələ dağıntılara da səbəb olub.

Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) bildirib ki, Çinin cənubunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar yerli vaxtla saat 20:33-də (Bakı vaxtı ilə saat 00:33) 6 maqnitudada baş verib.

Zəlzələnin episentri Neyszyan şəhər dairəsindən 50 kilometr şimal-şərqdə yerləşib.

Son xəbərlər

Orphus sistemi