Bakı. 9 fevral. REPORT.AZ/ Çinin cənubunda Yunnan əyalətində 4,9 bal gücündə zəlzələ olub.
“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 5 nəfər yaralanıb, bir neçə ev dağılıb.
İnformasiyaya əsasən, yeraltı təkan əyalətin Çjaotun dairəsinin Ludyan qəzasında baş verib.
Xəbərə görə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.