Çində zəlzələ nəticəsində zərərçəkənlərin sayı 13 mini ötüb

Çində zəlzələ nəticəsində zərərçəkənlərin sayı 13 mini ötüb Zəlzələdən zərər çəkən rayonlarda bərpa və xilasetmə işləri aparılır
Digər ölkələr
30 Mart , 2015 16:08
Çində zəlzələ nəticəsində zərərçəkənlərin sayı 13 mini ötüb

Bakı. 30 mart. REPORT.AZ/ Çinin cənub-qərbindəki Quyçjou əyalətində baş verən 5,4 maqnitudalı zəlzələ nəticəsində zərərçəkənlərin sayı 13 mini ötüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Yeraltı təkanlar yerli vaxtla saat 09:47-də Tsimen şəhərindən 29 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin episentri 14,6 km dərinlikdə olub. 

Yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələdə ən çox Tszyanxe qəzası zərər görüb. 3,1 min evə ziyan dəyib, damlardan kirəmitlər tökülüb, divarlarda çatlar əmələ gəlib. 

Ölənlər haqqında məlumat daxil olmayıb. Hazırda zəlzələdən zərər çəkən rayonlarda bərpa və xilasetmə işləri aparılır.

Son xəbərlər

Orphus sistemi