Çində zəlzələ nəticəsində xəsarət alanların sayı artıb

Çində zəlzələ nəticəsində xəsarət alanların sayı artıb Bakı. 13 avqust. REPORT.AZ/ Çinin Yunnan əyalətində baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb. Onların vəziyyəti sabit qiymətləndirilir.
Digər ölkələr
13 Avqust , 2018 21:35
Çində zəlzələ nəticəsində xəsarət alanların sayı artıb

Bakı. 13 avqust. REPORT.AZ/ Çinin Yunnan əyalətində baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 18 nəfərə çatıb. Onların vəziyyəti sabit qiymətləndirilir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayıb.

Beş maqnituda gücündə zəlzələ Yuysi şəhərinin Tunxay qəzasında baş verib. Onun episentri 7 km dərinlikdə yerləşib.

Məlumata görə, fəlakət zonasında 48 min adam qalıb. Zəlzələ 6 mindən çox evə ziyan vurub.

Son xəbərlər

Orphus sistemi