Yuxarı

Çində zavodda partlayışda 17 nəfər həlak olub

Partlayış Fuhua Engineering and Manufacturing şirkətinin maşınqayırma zavodunda baş verib

Bakı. 31 dekabr. REPORT.AZ/ Çinin cənubunda Quandun əyalətində yerləşən maşınqayırma zavodunda partlayış baş verib. Partlayışda 17 nəfər həlak olub, daha 20 nəfər xəsarət alıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, hadisə Foşan şəhərində baş verib. Hazırda hadisə yerində xilasetmə işləri davam edir. 

Yerli KİV hadisə şahidlərinin sözlərinə əsasən xəbər verir ki, partlayış "Fuhua Engineering and Manufacturing" şirkətinin maşınqayırma zavodunda baş verib. Partlayış nəticəsində zavodun tavanı və divarları dağılıb, yaxındakı tikililər zədələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi