Çində yüz minlərlə insan daşqın zonasında qalıb

Çində yüz minlərlə insan daşqın zonasında qalıb Çinin şimal-qərbindəki Şaanxi əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 113 mindən çox insan fəlakət zonasında qalıb.
Digər ölkələr
30 Avqust , 2021 19:03
Çində yüz minlərlə insan daşqın zonasında qalıb

Çinin şimal-qərbindəki Şaanxi əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 113 mindən çox insan fəlakət zonasında qalıb.

"Report" xəbər verir ki, bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, təxminən 172 mm yağıntının düşdüyü Ankanq şəhəri ərazisində çətin vəziyyət yaranıb. Sakinlərin kütləvi təxliyəsi davam edir. İndiyə qədər təxminən 24 min adam evakuasiya olunub.

Çin hökuməti təbii fəlakətin vurduğu ziyanın miqyasını hələ müəyyənləşdirməyib. Polisin məlumatına görə, bəzi infrastruktur və əkin sahələrinə ziyan dəyib.

Meteoroloqların proqnozlarına görə, sabah bölgədə güclü yağışlar gözlənilir.

Son xəbərlər

Orphus sistemi