Çində yaşayış evi uçub: 7 ölü

Çində yaşayış evi uçub: 7 ölü Hadisənin başvermə səbəbləri ilə bağlı təhqiqat aparılır
Digər ölkələr
3 Fevral , 2017 08:37
Çində yaşayış evi uçub: 7 ölü

Bakı. 3 fevral. REPORT.AZ/ Çində yaşayış evinin uçması insan tələfatına səbəb olub.

"Report"un məlumatına görə, bu barədə "Sina" portalı xəbər verib.

Məlumata görə, hadisə Şərqi Çində, Çjeçzyan vilayətinin Vençjou şəhərində baş verib. Hadisə zamanı 7 nəfər ölüb, daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar arasında 63 yaşlı qadın da var. O, dağıntılar altından çıxarılıb.

Hazırda müvafiq qurumlar hadisə yerindədir. Hadisənin başvermə səbəbləri ilə bağlı təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi