Yuxarı

​Çində yaşayış binasındakı yanğında 13 nəfər ölüb

Hadisənin gecə baş verməsi qurbanların sayının çox olmasına səbəb olub

Bakı. 25 iyun. REPORT.AZ/ Çinin mərkəzi hissəsində, Xenan əyalətinin Çjençjou şəhərində 7 mərtəbəli yaşayış binasının yanması nəticəsində azı 13 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Azı 5 nəfər yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirlib.

Hadisənin baş verməsinə ilkin səbəb kimi binanın birinci mərtəbəsində elektrik qovşağında qısaqapanmanın olması göstərilib.

Hadisənin gecə baş verməsi qurbanların sayının çox olmasına səbəb olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi