Çində xlor sızması nəticəsində bir neçə nəfər xəsarət alıb

Çində xlor sızması nəticəsində bir neçə nəfər xəsarət alıb Çinin Çanşjou şəhərində xlor qazının sızması nəticəsində bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
28 Aprel , 2021 10:01
Çində xlor sızması nəticəsində bir neçə nəfər xəsarət alıb

Çinin Çanşjou şəhərində xlor qazının sızması nəticəsində bir neçə nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, məlumatı “Panpay” yayıb.

Aprelin 28-də polis idarəsinə havadan kəskin iyi gəldiyinə dair şikayət edilib. Məsələ ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, ərazidə əvvəllər fəaliyyət göstərmiş kimyəvi müəssisələrdən birinin binası sökülən zaman kommunikasiya xəttinin zədələnməsi nəticəsində ətrafa xlor qazı yayılıb.

Qaz sızmasının aradan qaldırılması üçün hadisə yerində mütəxəssislər işləyir.

Qeyd edək ki, bir müddət əvvəl Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətinin Dalyan şəhərində qaz borusunun partlaması nəticəsində 3 nəfər ölmüş, 8 nəfər xəsarət almışdı.

Son xəbərlər

Orphus sistemi