​Çində vəzifə borcuna laqeyd yanaşan 16 vəzifəli həbs edilib

​Çində vəzifə borcuna laqeyd yanaşan 16 vəzifəli həbs edilib İttiham olunanlar kommunal təsərrüfatı sahəsinin rəhbərləridir
Digər ölkələr
9 Yanvar , 2016 10:06
​Çində vəzifə borcuna laqeyd yanaşan 16 vəzifəli həbs edilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Çində torpaq sürüşməsi ilə əlaqədar 16 nəfər həbs edilib.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, onlar öz vəzifə borclarına laqeyd yanaşmaqda ittiham olunurlar.

Ötən il dekabrın 20-də Çinin Şençjen şəhərində baş verən torpaq sürüşməsi nəticəsində 30-dan artıq bina uçqun altında qalıb, indiyədək dağıntıların altından 58 nəfərin meyiti çıxarılıb.

Sonrada müəyyən edilib ki, sürüşmə həmin əraziyə qanunsuz olaraq zibil tökülməsi səbəbindən baş verib. İttiham olunanlar da kommunal təsərrüfatı sahəsinin rəhbərləridir. 

Son xəbərlər

Orphus sistemi