Çində uşaq bağçasında baş vermiş partlayışda 8 nəfər ölüb

Çində uşaq bağçasında baş vermiş partlayışda 8 nəfər ölüb Hadisə zamanı həmçinin 66 nəfər xəsarət alıb
Digər ölkələr
16 İyun , 2017 05:47
Çində uşaq bağçasında baş vermiş partlayışda 8 nəfər ölüb

Bakı. 16 iyun. REPORT.AZ/ Çində uşaq bağçalarından birində baş vermiş partlayış zamanı ölənlərin sayı 8 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "China Global Television Network" "Twitter"də xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Çzyansu vilayətində qeydə alınıb. Hakimiyyət orqanlarının məlumatına görə, hadisə zamanı həmçinin 66 nəfər xəsarət alıb.

İlkin məlumata görə, partlayışa səbəb qaz balonu olub.

Son xəbərlər

Orphus sistemi