Çinin Quandun əyalətində kişi uşaq bağçasına bıçaqla hücum edib, azı 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “BBC” polisə istinadən məlumat yayıb.
Qeyd olunub ki, polis hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı gənci saxlayıb. Hücum yerli vaxtla saat 07:40-da ( Bakı vaxtı ilə 03:40) baş verib.
Polis hadisənin təfərrüatlarını açıqlamasa da, hücumu qəsdən planlaşdırılmış insident adlandırıb.