Çində Ümumdünya İqtisadi Forumu öz işinə başlayıb

Çində Ümumdünya İqtisadi Forumu öz işinə başlayıb Tədbirin rəsmi mövzusu "Dördüncü sənaye inqilabı və onun dəyişdirici təsiri"dir
Digər ölkələr
26 İyun , 2016 06:28
Çində Ümumdünya İqtisadi Forumu öz işinə başlayıb


Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün "Yeni çempionların illik sammiti - 2016" Ümumdünya İqtisadi Forumu, həmçinin "yay Davosu" kimi məşhur olan sammit Şimali Çinin Tyantszin meqapolisində öz işinə başlayıb.

"Report" xəbər verir ki, forumun işində Çin Dövlət Şurasını baş naziri Li Ketsyan, həmçinin Rusiyanın hökumət sədrinin müavini, Əfqanıstan, Kanada, Qırğızıstan, Lüksemburq, Çexiya, Şri-Lanka kimi ölkələrin liderləri və hökumət üzvlərinin iştirakı gözlənilir.

Forumda UPS, HSBC, "Uber", "Dow Chemical", "General Electric", "Toshiba", "Wal-Mart" kimi məşhur şirkətlər də təmsil olunur. Ümumilikdə tədbirə dünyanın 90 ölkəsindən 1,7 mindən çox insan qatılıb.

Bu il tədbirin rəsmi mövzusu "Dördüncü sənaye inqilabı və onun dəyişdirici təsiri"dir.

Son xəbərlər

Orphus sistemi