Çində Uhan sakinləri COVID-19 testi verəcəklər

Çində Uhan sakinləri COVID-19 testi verəcəklər COVID-19-a yeni yoluxma hallarının baş verməsi ilə əlaqədar olaraq və epidemiyanın qarşısının alınması məqsədilə Çin hakimiyyəti pandemiyanın ocağı hesab olunan Uhanın bütün sakinlərinin test verməsini təşkil edir.
Digər ölkələr
3 Avqust , 2021 10:25
Çində Uhan sakinləri COVID-19 testi verəcəklər

COVID-19-a yeni yoluxma hallarının baş verməsi ilə əlaqədar olaraq və epidemiyanın qarşısının alınması məqsədilə Çin hakimiyyəti pandemiyanın ocağı hesab olunan Uhanın bütün sakinlərinin test verməsini təşkil edir.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının nümayəndəsi Lia Tao bildirib.

Qeyd edək ki, Çində epidemioloji vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsi fonunda Uhanın qonşuluğunda yerləşən Hubey vilayətində son aylar ərzində ilk dəfə olaraq infeksiyaya yoluxma halları qeydə alınıb. Bu regionda artıq 14 oxşar hal qeydə alınıb ki, onlardan 8-i Uhan şəhərinin payına düşür.

Son xəbərlər

Orphus sistemi