​Çində Türkiyənin 10 vətəndaşı saxlanılıb

​Çində Türkiyənin 10 vətəndaşı saxlanılıb Onlar uyğur türklərini "saxta pasportla təmin etməkdə" şübhəli bilinirlər
Digər ölkələr
15 Yanvar , 2015 11:49
​Çində Türkiyənin 10 vətəndaşı saxlanılıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Çinin Şanxay şəhərində Türkiyənin 10 vətəndaşı həbs edilib.

"Report" Türkiyənin "NTV" telekanalına istinadən xəbər verir ki, Çin polisinın məlumatına görə, onlar uyğur türklərini "saxta pasportla təmin etməkdə" şübhəli bilinirlər.

Xəbərə əsasən, polis saxlanılanların "terrorla əlaqəsi" olduğunu da iddia edib.

Çinin Xarici İşlər Nazirliyi və Türkiyənin bu ölkədəki səfirliyi hadisə ilə bağlı jurnalistlərin sorğularına cavab verməyib. 

Son xəbərlər

Orphus sistemi