Çində torpaq sürüşməsi olub

Çində torpaq sürüşməsi olub İndiyədək uçqunar altından 40-a yaxın sakin sağ-salamat çıxarılıb.
Digər ölkələr
8 İyul , 2020 12:25
Çində torpaq sürüşməsi olub

Çində yağan leysan yağışlardan sonra torpaq sürüşməsi baş verib.

“Report” “Sinxua”ya istinadən bildirir ki, məlumat Daşqın və quraqlığa qarşı mübarizə üzrə yerli idarə yayıb.

Sürüşmə Çinin mərkəzindəki Xubey əyalətinin Xuanmey dairəsinin Daxe şəhərində yerli vaxtla səhər saatlarında baş verib. Hazırda ərazidə xilasetmə işləri aparılır. İndiyədək uçqunlar altından 40-a yaxın sakin sağ-salamat çıxarılıb, 9 nəfər uçqun altında qalıb.

Son xəbərlər

Orphus sistemi