Çində sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

Çində sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb Axtarış işlərinə 2500 xilasedici cəlb olunub
Digər ölkələr
25 İyun , 2017 12:08
Çində sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

Bakı. 25 iyun. REPORT.AZ/ Cümə günü Çinin Sıçıuan əyalətində baş verən sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 109 nəfər itkin düşmüş hesab olunur.

"Report" CNN-ə istinadən xəbər verir ki, sağ qalma ehtimalı olanların axtarışları gecə boyu davam etdirilib, bu işlərə 2500 xilasedici cəlb olunub.

Bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi.

Sürüşmə şənbə günü səhər Moasyan qəzasının Desi yaşayış məntəqəsi yaxınlığında baş verib. Həmin zaman 140 nəfər dağıntılar altında qalıb.

Son xəbərlər

Orphus sistemi