Çində sürüşmə nəticəsində 6 nəfər ölüb

Çində sürüşmə nəticəsində 6 nəfər ölüb Həmçinin 9 nəfər yaralanıb
Digər ölkələr
26 Noyabr , 2017 14:42
Çində sürüşmə nəticəsində 6 nəfər ölüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Çinin Quansi-Çjuan muxtar rayonunda dağ süxurlarının sürüşməsi nəticəsində 6 nəfər ölüb, daha 9-u yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ÇXR-in Torpaq və Təbii Sərvətlər Nazirliyi öz "Weibo" mikrobloqunda yazıb.

Hadisə Maşan qəzasının Nannin şəhər dairəsində qeydə alınıb.

Bundan əlavə, bir nəqliyyat vasitəsi dağıntılar altında qalıb. Daş zərbələrindən ciddi zərər çəkən maşının içərisində sərişin olub-olmadığı məlum deyil.

Əraziyə xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib.

Son xəbərlər

Orphus sistemi