Bakı. 3 fevral. REPORT.AZ/ Çinin Şanxay şəhərində kişi maşını piyadaların üzərinə sürüb. Nəticədə 1 nəfər ölüb, daha 9 nəfər yaralanıb.
“Report” "Shine" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı sürücü idarəetməni itirib və onu izdihamın üzərinə sürüb.
Hadisəni törədən şəxs saxlanılıb, insidentin səbəbləri araşdırılır.