Çində stüardessa təyyarədən yıxılıb

Çində stüardessa təyyarədən yıxılıb Çinin "China Eastern" aviaşirkətinin stüardessası qapını bağlamağa çalışarkən laynerdən aşağı düşüb
Digər ölkələr
24 Oktyabr , 2017 18:20
Çində stüardessa təyyarədən yıxılıb
РИА Новости / Наталья Селиверстова

Bakı. 24 oktyabr. REPORT.AZ/ Çinin "China Eastern" aviaşirkətinin stüardessası qapını bağlamağa çalışarkən laynerdən aşağı yıxılıb.

"Report" "South China Morning Post"a istinadən xəbər verir ki, hadisə oktyabrın 23-də Şençjen hava limanında baş verib.

Üç metr hündürlükdən düşən qadını təyyarəni uçuş öncəsi son dəfə yoxlayan texniki işçilər aşkar edib. Xəstəxanaya çatdırılan xanımda müxtəlif dərəcəli sınıqlar və zədələr aşkar olunub.

Nəşrin bildirdiyinə görə, stüardessa qapının bağlanması zamanı ekipajın iki üzvünün iştirakının zəruri olması ilə bağlı qaydanı pozaraq qapını təkbaşına bağlamağa çalışıb.

Son xəbərlər

Orphus sistemi