Bakı. 20 dekabr. REPORT.AZ/ Çində saxlanılan üçüncü Kanada vətəndaşı müəllim Sara Makayver olub.
"Report" xəbər verir ki, bu barədə CBC hökumətdəki mənbəyə istinadən məlumat verib.
Çində saxlanılan üçüncü kanadalı şəxsin kimliyi barəsində rəsmi məlumat yoxdur, lakin telekanalın məlumatında bu şəxsin Kanadanın Albert vilayətindən olan və saxlanma zamanı Çində dərs deyən müəllimə olduğu bildirilir.
Kanadanın Baş naziri Castin Tryudo deyib ki, Çində üçüncü Kanadanın vətəndaşı saxlanması ilk ikisi ilə bağlı deyil.
Qeyd edək ki, daha əvvəl Çində yerli hökumətin milli təhlükəsizliyi pozmaqda şübhəli bildiyi sabiq kanadalı diplomat Maykl Kovriq Çində saxlanılıb.
İkinci saxlanılmış kanadalı isə Maykl Speyvor olub. CBC-nin məlumatına görə, o, Şimali Koreyaya turlar təşkil edir.