Bakı. 11 iyul. REPORT.AZ/ Çinin şərqində bu gün son 70 ilin ən şiddətli qasırğası gözlənilir.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, səhər saatlarında Çin sahillərinə çatacaq təbi fəlakətin fəsadlarını minimum həddə salmaq üçün Çjentsyan vilayətinin rəsmiləri, 800 min insanı daha təhlükəsiz ərazilərə köçürüb.
Bölgədə bütün qatarların hərəkəti dayandırılıb, onlarla aviareys təxirə salınıb.
Çinin Milli Meteoroloqiya Məkəzi qırmızı təhlükə siqnalı elan edib.