Çində silahlı hücum zamanı 7 nəfər xəsarət alıb

Çində silahlı hücum zamanı 7 nəfər xəsarət alıb Çinin cənubundakı Quandun əyalətinin Quançjou şəhərində bıçaqla silahlanmış şəxs uşaq bağçasının yaxınlığında ətrafdakılara hücum edib.
Digər ölkələr
276
21 Sentyabr , 2020 08:53
Çində silahlı hücum zamanı 7 nəfər xəsarət alıb

Çinin cənubundakı Quandun əyalətinin Quançjou şəhərində bıçaqla silahlanmış şəxs uşaq bağçasının yaxınlığında ətrafdakılara hücum edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı 7 nəfər xəsarət alıb, onlardan 5-i uşaqlardır. Uşaqlardan ikisinin vəziyyəti ağırdır. Yaralıların hamısı tibb müəssisəsinə çatdırılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi